AZ

“Transfermarkt” Poqbaya transfer qiyməti müəyyənləşdirdi

Nüfuzlu “Transfermarkt” internet-portalı “Monako”nun 32 yaşlı fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqbaya transfer qiyməti müəyyənləşdirib.

Arena.az məlumat verir ki, Poqbanın transfer dəyəri 5 milyon avro məbləğində qiymətləndirilir.

Xatırladaq ki, nüfuzlu potal Poqbanın dopinq qalmaqalı ilə üzləşməsindən sonra, 2023-cü ilin oktyabr ayında fransalı futolçunun transfer qiymətini sıfırlamışdı.

Pol Poqba cari ilin iyun ayında azad agent qismində “Monako”ya qoşulub. Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıblar.

Xatırladaq ki, 2024-cü ilin fevral ayında Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilmişdi, sonra bu müddət 18 aya endirilmişdi. Lozanna İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əsasən, fransalı futbolçu 2025-ci ilin yanvar ayında məşqlərə qayıtmaq hüququna malik idi, mart ayından etibarən isə Poqba futbola qayıda bilərdi ki, bu, artıq məlum olduğu kimi, baş verdi. Poqba sonuncu dəfə 2023-cü il sentyabrın 3-də meydana çıxıb.

Əlavə edək ki, ötən ilin noyabr ayının 30-da Poqbanın “Yuventus”la müqaviləsinə rəsmən xitam verilib və fransalı futbolçu azad agentə çevrilib. Poqbanın “byankoneri” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi. Turin klubu fransalı futbolçunun əvvəlki əzəmətinə etimadını itirdiyi üçün Poqba ilə ayrılmaq qərarına gəlib. Buna rəğmən, Poqba uğursuzluqlardan geri-dönüşünə iddialıdır, xeyli müddət futbolsuz qalmış yarımmüdafiəçi məşq edir, öz üzərində çalışırdı.

Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçmişdi. Pol “byankoneri”nin heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.

Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib.
Poqba “xoruzlar”la, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

Seçilən
13
50
arena.az

10Mənbələr