AZ

Nazir rəisi işdən çıxardı -

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, daxili xidmət polkovniki Elçin Qoşun oğlu Quliyev işdən çıxarılıb. Onun yerinə Elnur Vidadi oğlu Qənbərov təyin edilib. Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Qeyd edək ki, polkovnik Elçin Quliyev 2019-cu ilin iyul ayının 30-dan Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışırdı.

Seçilən
23
50
metbuat.az

10Mənbələr