AZ

Norveç Aİ-dən sonra Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək

Norveç hökuməti Rusiyanın Avropa İttifaqının sanksiya siyahılarına daxil edilmiş "Norebo" və "Murman Sifud" ASC balıqçılıq şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə hökumətin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hakimiyyət bu şirkətləri Norveçin maraqlarını təhdid edən kəşfiyyat fəaliyyətində iştirakda ittiham edir. Sanksiyalar aktivlərin dondurulmasını və Norveç vətəndaşlarının bu təşkilatlara pul köçürməsini qadağan etməyi nəzərdə tutur.

Şirkətin gəmiləri də Norveç limanlarına və sularına giriş imkanlarını itirəcək. Nazirlər Kabineti təsdiqlənmiş sanksiya siyahılarının hökumətin və Ədliyyə Nazirliyinin saytlarında "ən qısa müddətdə yayımlanacağını qeyd etdi. Xatırladaq ki, Aİ "Norebo" və "Murman Sifud" u mayın 17-də Rusiyaya qarşı sanksiyaların 20-ci paketinə daxil edib.

Seçilən
16
31
report.az

10Mənbələr