Suriyanın mərkəzində yerləşən Həma əyalətində partlayış baş verib, 7 nəfər ölüb.Bu barədə “Əl-İxbariya” telekanalı məlumat yayıb.
Məlumata görə, insident nəticəsində daha bir neçə nəfər xəsarət alıb. Onların sayı barədə hələlik dəqiq məlumat yoxdur.
SANA agentliyi əyalətin eyniadlı inzibati mərkəzinin şimal-şərq kənarında yanacaq çəninin partladığını bildirib.