Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın etibarlı dostu olan Azərbaycana Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) yüksəksəviyyəli sədrliyinə, dialoqun, etimadın və tərəfdaşlığın möhkəmləndirilməsi, eləcə də AQEM-in institusional inkişafına verdiyi töhfəyə görə səmimi minnətdarlığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Biz həmişə əmin olmuşuq ki, yalnız əməkdaşlığın, qarşılıqlı anlaşmanın və dialoqun inkişafı davamlı sülhə, sabitliyə və rifaha nail olmağa imkan verə bilər.
Müasir şəraitdə etimadın möhkəmləndirilməsi üzrə AQEM-in prinsipi hər zamankından daha aktualdır.
Asiyanın təxminən 90 faizinin əhatə olunduğu və dünya əhalisinin yarıdan çoxunu təmsil edən AQEM beynəlxalq münasibətlər arxitekturasının inkişaf edən mühüm elementidir”, - Tokayev Astanada AQEM-in qərargahının açılışında çıxışı zamanı bidirib.
Bizim.Media