AZ

Kadırova 2 milyon dollarlıq toy hədiyyəsi - FOTO

Kadırova

Çeçenistan lideri Ramazan Kadırov’un 17 yaşındaki oğlu Adam Kadırov’un toy mərasimi böyük rezonans doğurdu. Uzun müddətdir xəstə olduğu iddia edilən Ramazan Kadırov, “varisi” kimi hazırladığı oğlunun toyunda qatılanlar arasında Türkiyə, İran və BƏƏ-nin səfirləri, Rusiya hökumətindən yüksək vəzifəli şəxslər, valilər və nazirlər də vardı.Ulusum.az patronlardunyasi-a istinadən xəbər verir ki, toy mərasimi Kadırov ailəsinin yaşadığı Ahmat-Yurt kəndindəki ailə evində keçirildi. Gəlin Medni, Ramazan Kadırovun həyat yoldaşı ilə eyni adı daşıyır və eyni kənddən idi.Toyda ən çox diqqət çəkən məqam isə Adam Kadırovun qolundakı milyonlarla dollar dəyərində saat oldu. “Kommersant” qəzetinin məlumatına görə, o, Jacob & Co. markasının “Billionaire Ashoka” model saatını taxırdı. Bu modelin qiyməti 2 milyon ilə 27,7 milyon dollar arasında dəyişir.KadırovaRamazan Kadırovun Telegram kanalında paylaşdığı siyahıya əsasən, mərasimə Baş nazir müavini Denis Manturov, Energetika nazirinin müavini Aleksandr Novak, Kremlin Şimali Qafqaz nümayəndəsi Yuri Çayka, LDPR lideri Leonid Slutskiy, Moskva vilayəti valisi Andrey Vorobyov və digər regional rəhbərlər qatılmışdı. Həmçinin tanınmış idmançılar, alimlər və dini liderlər də dəvət olunmuşdu.

Diqqət Çəkənlər

Bir Kursantın Yolunda – Polis Anasının Qəlbindən Qürur və Sədaqət

2 İyul – Azərbaycan Polisi 107 yaşında

Yekaterinburqda azərbaycanlıların ölümü ilə bağlı şübhəlilərin fotoları yayımlandı

Seçilən
24
ulusum.az

1Mənbələr