Heydər Əliyev küçəsində çirkab suları yola axır -
Masazır qəsəbəsinin Heydər Əliyev küçəsində kanalizasiya sularının yola axması ilə bağlı narazılıq var. Metbuat.az-ın qaynar xəttinə göndərilən görüntülərdən də aydın görünür ki, vəziyyət olduqca acınacaqlıdır. Sakinlərin sözlərinə görə, problem uzun müddətdir davam edir: “Kanalizasiya suları birbaşa küçəyə axır. Aylardır bu vəziyyətdədir, amma heç kim gəlib baxmır”. Məsələ ilə bağlı Metbuat.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) müraciət edib. Qurumdan bildirilib ki, problem aradan qaldırılıb. Sevinc İbrahimzadə / Metbuat.az