Musavat.com xəbər verir ki, bu bəyanatın müəllifi Ermənistan parlamentinin deputatı, Serj Sərkisyanın yaxın adamı Ayk Mamicanyandır.
O, baş nazir Nikol Paşinyanın "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin əməkdaşlarına siyasi proseslərdə iştirak etmələri halında işdən çıxarılacaqları ilə bağlı hədəsini şərh edib.
Bununla belə, Mamicanyan konkret vaxt göstərməkdən çəkinib.
"Bu vəzifə onun həbsdə keçirəcəyi çox uzun müddətli gələcəyini dəyişməyəcək", - deyə erməni deputat əlavə edib.
Revanşist siyasətçinin iddiasına görə, Paşinyan "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin sahibi, Rusiyanın "Tashir" holdinqinin rəhbəri Samvel Karapetyan və digər ermənilərdən qorxur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31