AZ

AFFA-dan açıqlama: "Təqvimdə Rusiya yığması ilə yoldaşlıq görüşünə yer yoxdur"

"Bu ilin təqvimində Rusiya yığması ilə yoldaşlıq görüşünə yer yoxdur".

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli Rusiya mətbuatına açıqlamasında deyib.

O, Rusiya Futbol Federasiyasının rəhbəri Aleksandr Dyukovun Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirmək arzusunu şərh edib: "Hazırda Azərbaycan millisi payızda start götürəcək dünya çempionatının seçmə mərhələsinə hazırlaşır. Bildiyiniz kimi oyunlar sentyabr-noyabr aylarında keçiriləcək. 2026-cı ilin təqvimi isə hazırlıq mərhələsindədir. İlin sonunda bu barədə məlumat olacaq".

Qeyd edək ki, sanksiyalarla məruz qalan Rusiya Futbol Federasiyası UEFA-nın bayrağı altında təşkil olunan bütün yarışlardan uzaqlaşdırılıb.

İdman.biz

Seçilən
13
16
idman.biz

8Mənbələr