AZ

Rusiyada öldürülən azərbaycanlılarla bağlı yeni məqamlar üzə çıxdı: Üç vacib məsələ var

  Son günlər Rusiya rəsmiləri və deputatları, Azərbaycan ilə Rusiya arasındakı münasibətləri pozmağa çalışan qüvvələrin mövcudluğunu bəyan edirlər. Müxtəlif icmalar və siyasi fiqurlar bu məsələyə xüsusi diqqət yetirirlər.

Lakin sual yaranır: Rəsmi Moskva bu bəyanatlarla kimləri və ya hansı dairələri nəzərdə tutur? Bu mesajların hədəfi kimlərdir?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Rusiyada belə fikirlər həqiqətən də səslənir:

“Guya üçüncü qüvvə iki ölkənin arasına girməyə, bu münasibətləri pozmağa çalışır. Bunu istisna etmək olmaz. Diplomatiya və siyasi proseslərdə bu cür hallar normaldır. Bir deyim də var: “Əgər iki dövlət dostluq edirsə, bu dostluq kimə qarşı yönəlir?” Amma əgər bizim münasibətlərimiz sağlam və etibarlı bir əsas üzərində qurulubsa, bu münasibətlərin qiymətini bilmək lazımdır və onların zədələnməsinə imkan vermək olmaz. Azərbaycan daim bildirir ki, biz öz ərazimizi heç bir dövlətə, xüsusən qonşularımıza qarşı istifadə etməyə icazə verməyəcəyik və bu prinsipdən dönməyəcəyik. Rusiyada bəzi məlumatlar var ki, üçüncü qüvvələr mövcuddur. Əgər belədirsə, onlar adlarını açıqlasınlar və özlərini sığortalasınlar. Əks halda, baş verənlərin üçüncü qüvvələrin təhriki ilə gerçəkləşdiyinə necə inanaq? Bu proseslər, Rusiya siyasətinin daxilində yaranan məsələlərdir. Rusiyada çoxsaylı erməni və anti-Azərbaycan lobbiləri mövcuddur.


Onların içərisində tanınmış şəxslər də var. Onlar əsasən millətçi, radikal düşüncələrə sahibdirlər və Azərbaycanı görən gözləri yoxdur, təkcə Azərbaycanı deyil, digər millətləri də. Miqrantlara qarşı çox ciddi və dəhşətli bir təqib siyasəti həyata keçirilir. Əgər üçüncü qüvvələr varsa, buna baxmayaraq, Rusiya özü özünə hesabat verməlidir: niyə azərbaycanlılara qarşı təzyiq göstərilir, niyə onların evlərinə basqın edilir, niyə onlar öldürülür? Ən böyük paradoks isə odur ki, öldürülənlərdən biri Rusiya vətəndaşıdır. Bu necə izah edilə bilər? Bir dövlət öz vətəndaşlarının qədrini bilməlidir, nə olsun ki, həmin vətəndaş milliyyətcə azərbaycanlıdır”.

Politoloq bildirib ki, azərbaycanlılar Rusiya Federasiyasının avtoxton millətidir:

“Çünki Dağıstanın Dərbənd bölgəsində yerli əhali azərbaycanlılardır və azərbaycanlılara miqrant kimi baxmaq düzgün deyil. Onlar Rusiyanın tərkibində öz ərazilərində yaşayan milli azlıqlardır. Buna görə də, burada şübhəsiz ki, 100 faiz məsuliyyət Rusiyanın üzərindədir. Onlar da diqqəti yayındırmağa çalışırlar, amma bu, uğursuz bir cəhddir və nəticəsiz qalacaq. Artıq Rusiya öz səhvini başa düşür. Lakin o qədər böyük bir səhvə yol veriblər ki, bunun ağrısını Rusiya Federasiyası uzun müddət hiss edəcək. Bu, sözün əsl mənasında, dövlət səviyyəsində insanlara qarşı tətbiq olunan zorakılıqdır, hətta, terror aktı sayılmalıdır. Çünki bu adamların özlərini müdafiə etmələri üçün silahları, başqa vasitələri olmayıb. Bu hadisə çox ciddi məsələdir və artıq dünya səviyyəsində rezonans doğurub. Rusiya ilk növbədə üzr istəməlidir, sonra təzminatlar verilməli və bu prosesdə günahkar olanları cəzalandırmalıdır. Ən vacib addım da budur”.  

Seçilən
32
50
referans.az

10Mənbələr