AZ

Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO

Berlində Azərbaycan və Almaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev özünün "Facebook" hesabında məlumat yayıb.

Onun sözlərinə görə, məsləhətləşmələrdə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Fariz Rzayev, Almaniya hökuməti adından isə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya Departamentinin direktoru Arz von Ştraussenburq iştirak edib.

Azərbaycan
Seçilən
6
apa.az

1Mənbələr