"X" sosial şəbəkəsinin bir sıra ölkələrdən olan istifadəçiləri onun işində miqyaslı nasazlıq yaranması barədə məlumat veriblər.Bu barədə "Downdetector" portalı xəbər verir.
Məlumata görə, nasazlıq Bakı vaxtı ilə saat 17:30-da başlayıb. Ən çox şikayət (16 min) ABŞ-dən daxil olub.
Bundan əlavə, problem barədə Böyük Britaniya, Kanada, Fransa, eləcə də Almaniya, Niderland, İspaniya,Meksika,Hindistan və Braziliyadan olan istifadəçilər bildiriblər.
İstifadəçilər ən çox sosial şəbəkə tətbiqinin və veb-saytının işi, serverə qoşulma, paylaşımların dərci və hesaba daxil olma ilə bağlı problemlərdən şikayətləniblər.