AZ

Minasyan: “Paşinyan azərbaycanlıları gətirib, onlara Ermənistan pasportu verəcək”

“Paşinyan hakimiyyəti saxlamaq üçün azərbaycanlıları Ermənistana gətirə, onlara səsvermə hüququ verə bilər”.

Tribunainfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Armen Minasyan çıxış edib.

O deyib ki, Paşinyan sadəcə olaraq Bakıdan və Ankaradan erməni cəmiyyətinə sırımaq üçün hansısa kağıza görə yalvarır. “Əgər Paşinyan sülh sənədinin alınması yolunda güzəştə getməyə hazırdırsa, Əliyev bu yolu uzadacaq. Əliyev və Ərdoğan Ermənistan hakimiyyətinin əsaslarının zəif olduğunu görsələr, həmin kağızı Paşinyana verəcəklər”.

Fərda Uğur

Seçilən
7
50
tribunainfo.az

10Mənbələr