AZ

Yandırılmış evdə tapılan qadının qətlə yetirildiyi məlum olub

Samux rayonunda yandırılmış evdə meyiti aşkarlanan 88 yaşlı qadının qətlə yetirildiyi məlum olub.

KONKRET.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə rayonun Burunqovaq kəndində baş verib.

Kənd sakini, 1937-ci il təvəllüdlü Yahuzə Bəkirovanın evində yanğın olub. Yanğın söndürüldükdən sonra evdən qadının yanmış meyiti aşkarlanıb.

Aparılan araşdırmalar nəticəsində qadının bədənində zorakılıq izləri aşkarlanıb və onun boğularaq qətlə yetirildiyi müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qadının qətlində şübhəli bilinən kənd sakini, 1986-cı il təvəllüdlü Arzu Əliyev saxlanılıb. O, ilkin ifadəsində qadını qətlə yetirdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
4
1
konkret.az

2Mənbələr