AZ

Güləş Federasiyasının yeni təlim məşq mərkəzi AÇILDI

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Güləş Federasiyasının (AGF) yeni təlim-məşq bazası istifadəyə verilib.

Federasiyadan Redaktor.az-a verilən məlumata görə, Bakının Xətai rayonu, Natiq Əliyev küçəsi 92 ünvanında yerləşən güləş mərkəzi yeniyetmə sərbəst güləşçilərin ixtiyarına verilib.

Təlim-məşq bazası inventarla tam şəkildə təmin edilib. 315 kvadratmetr ərazisi olan güləş mərkəzində məşqçi və fitnes otaqları, qazanxana, məşqçilər və idmançılar üçün sanitar qovşağı mövcuddur.

Federasiyanın yeni təlim-məşq bazasının açılış mərasimində Gənclər və İdman Nazirliyi, AGF rəsmiləri və məşqçilər iştirak edib. AGF-nin vitse-prezidenti Namiq Əliyev, federasiyanın İcraiyyə Komitəsinin üzvü, olimpiya çempionu Namiq Abdullayev, baş katib Nəsimi Musayev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Yaşar Rzayev, eləcə də sərbəst güləş üzrə U17 milli komandanın böyük məşqçisi Əsgərxan Novruzov çıxış edərək ürək sözlərini çatdırıb, yeni bazanın sərbəst güləşimizin inkişafına böyük təkan verəcəyini bildiriblər.

Güləş mərkəzində son illər beynəlxalq arenalarda qazandıqları uğurlarla diqqət cəlb edən U15 və U17 milli komandaların təlim-məşq prosesləri keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
50
redaktor.az

10Mənbələr