AZ

Rus dilində təhsilin ləğvinə başlanıldı

Azərbaycanda rus dilində təhsilin ləğvinə başlanıldı. Bu prosesə əvvəlcə ali təhsil müəssisələrində start verildi. Bunla bağlı Elm və Təhsil Nazirliyi rəsmi bildiriş yayınlayıb. 1 iyul 2025-ci il tarixində imzalanan 217/2025 saylı sənəddə deyilir:

“Azərbaycan Respublikasında aparılan yeni təhsil islahatları və “Milli Təhsil – 2030” proqramı çərçivəsində 2025/2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədris mərhələli şəkildə dayandırılacaq.

Yeni qərara əsasən, bütün ixtisaslar üzrə tədris yalnız azərbaycan və ingilis dillərində aparılacaq. Bu dəyişiklik milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədilə həyata keçirilir.

Əsas müddəalar:

1. Hal-hazırda rus sektorunda təhsil alan tələbələr 2025-ci il avqustun 20-dək azərbaycan dili üzrə dil imtahanı verməlidirlər.

2. İmtahandan uğurla keçən tələbələr müvafiq olaraq azərbaycan dilində tədris olunan ixtisasa keçiriləcəklər.

3. Dil biliyini təsdiq edə bilməyən tələbələr təhsillərini davam etdirə bilməyəcəklər.

4. Əlavə olaraq, avqustun 5-dən etibarən tələbələrin istəyi ilə ingilis dilində tədrisə keçmək imkanı üçün onlayn dil attestasiyası təşkil olunacaq (yerlərin mövcudluğu nəzərə alınmaqla).

5. Məzun ərəfəsində olan (bakalavr və magistratura üzrə) tələbələr, akademik borcları olmadığı və 10 iyul 2025 tarixinədək dekanlığa müraciət etdikləri halda təhsillərini cari dildə başa vura bilərlər.

Tələbələrdən xahiş olunur ki, rəsmi elanları diqqətlə izləsinlər və keçid dövrünə hazır olsunlar.

Əlavə məlumat üçün universitetin qəbul komissiyasına və ya nazirliyin rəsmi elektron ünvanına müraciət edə bilərsiniz: [email protected]

Azərbaycan Respublikasının Elm və Təhsil NazirliyiBakı şəhəri, Lətif Hacıyev küçəsi 12Tel.: (+994 12) 599 12 34
Seçilən
1
4
vaxt.az

10Mənbələr