AZ

Kremlin media və siyasət qərarvericilərinin qərəzli fikirləri iki ölkə arasında münasibətləri zədələyir

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

“Azərbaycan və Rusiya arasında təyyarə qəzası hadisəsindən bəri yaşanan siyasi gərginlik Rusiyadakı azərbaycanlılara qarşı etnik zorakılığın artması ilə müşayiət olunmaqdadır. Bu cür davranış heç nə ilə əsaslandırıla bilməz və iki ölkə arasında 22 fevral 2022-ci ildə imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin ruhuna ziddir. Doğrudur, bu Bəyannamə ittifaq müqaviləsi sayılmır, həmçinin parlament tərəfindən də ratifikasiya olunmayıb. Odur ki, nə Azərbaycanı, nə də Rusiyanı bağlayıcı xarakter daşımır”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, Bəyannamə müttəfiqlik, yəni ittifaq fəaliyyətlərini, hər iki ölkənin xalqları arasında dostluğu, mehriban qonşuluğu faktını sadəcə olaraq bəyan edir, hər hansı öhdəlik yaratmır.

Şəhla Cəlilzadə

“Azərbaycanda rus icması, Rusiyada isə azərbaycanlı icması həqiqətən də birlikdə yaşayıb-yaradıb. Lakin Rusiyanın hazırki davranışları icmaların birgə sülh və təhlükəsizlik içərisində yaşamına zərbə vurur.

Faktiki zorakılıqlarla yanaşı, Rusiya informasiya məkanında səsləndirilən çağırışlar, o cümlədən azərbaycanlıların deportasiyası, Azərbaycana qarşı “xüsusi hərbi əməliyyat” çağırışı və s. sosial media istifadəçiləri ilə yanaşı rəsmi Kremlin media ruporlarının və siyasət qərarvericilərinin qərəzli fikirləri iki ölkə arasında münasibətləri zədələyir, Azərbaycanı yeni və acı fakt qarşısında qoyur. Halbuki, Bəyannamənin 34-cü maddəsi publik və ictimai diplomatiya, informasiya-kommunikasiya alətləri ilə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Lakin biz hal-hazırda, məhz bu alətlərlə münasibətlərin daha da zədələndiyini müşahidə edirik. Belə aydın olur ki, Bəyannamənin müddəaları hazırda keçərli və işlək deyil”-deyən politoloq vurğulayıb ki, keçərli olmayan müqavilələr adətən hüquqi qüvvəsini itirə bildiyi kimi, o cümlədən bəyanatlar da keçərsiz sayıla bilər.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
50
icma.az

10Mənbələr