"Qarabağ" yay təlim-məşq toplanışının 2-ci hissəsi üçün Avstriyaya yollanıb.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçına çıxacaq.
İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Xarkov “Metallist”i olacaq. Qarşılaşma yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 19:30-da) başlayacaq.
İyulun 11-də “Qarabağ” “Tvente” ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar yerli vaxtla 15:00 və 17:15-də (Bakı vaxtı ilə 17:00 və 19:15-də) start götürəcək.
İyulun 15-də toplanışın son matçında rəqib “Zalsburq” (Avstriya) olacaq. Görüş yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacaq. Qarşılaşmaların dördü də Kaprun stadionunda keçiriləcək.
"Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.