Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS lideri Məhəmməd Dərvişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə atəşkəs danışıqlarındakı son durum və Qəzzadakı vəziyyət müzakirə edilib.
H.Fidan Türkiyənin prioritetinin Qəzzada münaqişəni dayandırmaq və Fələstinə qısa zamanda humanitar yardım çatdırmaq olduğunu bildirib.