AZ

Hakan Fidan HƏMAS liderinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS lideri Məhəmməd Dərvişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Operativ Media “TRT Haber”ə istinadən xəbər verir ki, görüşdə atəşkəs danışıqlarındakı son durum və Qəzzadakı vəziyyət müzakirə edilib.

Nazir Türkiyənin prioritetinin Qəzzada münaqişəni dayandırmaq və Fələstinə qısa zamanda humanitar yardım çatdırmaq olduğunu bildirib.

H.Fidan Türkiyənin Fələstinə güclü dəstəyinin davam edəcəyini də vurğulayıb.

Seçilən
14
1
operativmedia.az

5Mənbələr