AZ

“Bu qidalar zəhərlənmə mənbəyidir!”- Həkimdən XƏBƏRDARLIQ

Müxtəlif qida məhsullarının və dərmanların yanlış qəbulu insan səhhəti üçün ciddi fəsadlar yarada bilər. Xüsusilə də yay aylarında bəzi meyvə-tərəvəz məhsulları, həkim məsləhəti olmadan içilən dərman vasitələri həzm sistemi orqanlarında zəhərlənmələrə səbəb olur.

NOCOMMENT.az xəbər verir ki, həkim-toksikoloq Azər Maqsudov ajans.az-a açıqlayıb ki, yay aylarında zəhərlənmə hallarına daha tez-tez rast gəlinir. Ən çox zəhərlənmə verən meyvələrə çiyələk, qarpız aid edilir. Əsas da soyuducuda saxlanılan qarpız və çiyələk təhlükə mənbəyi hesab olunur. Səbəb isə soyuducuda qalan məhsul daha çox infeksiya mənbəyi hesab olunur.

Həkim deyib ki, qarpız alındığı gün yuyulub qəbul edilməlidir. İstisna halda, bir gecə soyuducuda qala bilər. Səhəri gün atılmalıdır.

Azər Maqsudov qeyd edib ki, mayonez və o tərkibli qidalar, salatlar yay aylarında zəhərlənmə verə bilər. Belə qidaların 8 saat müddəti var. Soyuducuda 24 saatdan çox qalmış mayonezli qida infeksiya mənbəyidir.

Həkimin sözlərinə görə, yayda dərman alıb qəbul edilən dərmanların istifadə müddətləri və tarixlərinə nəzər yetirmək lazımdır.

Həmçinin, sirkə turşusu hazırda qida zəhərlənmələrinin başında dayanır. Soyuducuda saxlanılmış sirkə turşusu orqanizmdə ağır kimyəvi dəyişikliklərə şərait yaradır. Qatı turşuların, sirkə turşusunun evdə saxlanılması təhlükə sayılır.

Toksikoloq vurğulayıb ki, isti günlərdə konserv məhsulları, göbələk, balıq məhsulları alındığı an istifadə edilməlidir. Yoxsa ağır fəsadlara yol aça bilər.

Seçilən
6
40
nocomment.az

10Mənbələr