AZ

Yanvar-may aylarında 113,8 milyon dollarlıq pomidor ixrac edilib

Bu ilin yanvar-may ayları ərzində ölkədən 113,8 milyon ABŞ dolları dəyərində 98,7 min tona yaxın pomidor ixrac edilib.

Operativ Media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 4,8 faiz və ya 5,2 milyon dollar, həcmi isə 14,7 faiz və ya 12,6 min ton artıb.

Cari ilin ilk beş ayında pomidorun ümumi ixracda xüsusi çəkisi 1,03 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 8,09 faizə bərabər olub.

Seçilən
16
50
operativmedia.az

10Mənbələr