Cari ilin may ayında Azərbaycanda fəaliyyət göstərən banklar 1,131 milyard Rusiya rublu alqı-satqısı həyata keçirib.
Operativ Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 602,161 milyon Rusiya rublu və ya 2,1 dəfə artıb. Belə ki, 2024-cü ilin may ayı ərzində banklar 528,626 milyon Rusiya rublu alqı-satqısı həyata keçirmişdi.