Ajans.az “TRT Haber”ə istinadən xəbər verir ki, “AirbusA320-214” tipli sərnişin təyyarəsinin sol mühərriki sıradan çıxıb və uçuş zamanı dayanıb. Məlumata görə, təyyarə tək mühərriki ilə heç bir problem olmadan uçuş-enmə zolağına enib. Göyərtəsində 144 sərnişin və ekipaj üzvü olduğu bildirilən təyyarə təhlükəsiz dayanacaq sahəsinə gətirilib.
Sərnişinlər təyyarədən çıxarılaraq terminala aparılıb.