AZ

Ukraynadakı dəhşətli partlayışda xəsarət alanların sayı artdı

Jitomir yaxınlığında baş verən partlayışlarda yaralananların sayı 24-ə çatıb.

Publika.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Vitali Buneçko bildirib.

O, iki nəfərin isə öldüyünü təsdiqləyib.

Hazırda partlayış nəticəsində baş verən yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Qeyd edək ki, iyulun 2-də axşam saatlarında M-06 beynəlxalq avtomobil yolunun Jitomir yaxınlığındakı Berezina kəndində iki partlayış səsi eşidilib. Yolun hər iki istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Əvvəlcə partlayışın yanacaqdoldurma məntəqəsində baş verdiyi və yanğının avtobusa keçdiyi bildirilib. Bundan başqa, partlayışlar nəticəsində fərdi yaşayış evlərinə də ziyan dəyib. Sonradan məlum olub ki, Jitomir yaxınlığında partlayışlar iki sənaye obyektinin ərazisində baş verib, hər iki müəssisə tamamilə dağılıb.

Seçilən
1
2
publika.az

10Mənbələr