AZ

ABŞ-də təyyarə qəzaya uğradı

BAKI, 3 iyul./TASS/.

Nyu-Cersi ştatının Qloster qraflığında göyərtəsində ən azı 14 nəfərin olduğu kiçik təkmühərrikli təyyarə qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABC televiziya şirkətinin yerli bölməsi məlumat yayıb.

Ən azı, 5 nəfər yaralanıb və xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

Qəza yerli vaxtla təxminən 17:30-da (iyulun 3-də, Bakı vaxtı ilə 02:30) Uilyamstaun hava limanı yaxınlığında baş verib.

Seçilən
33
50
teleqraf.com

10Mənbələr