AZ

ABŞ də mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı Qırıcılar havaya qaldırıldılar

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri iyulun 5-də mülki təyyarənin prezident Donald Trampın getdiyi Bedminster şəhərindəki (Nyu-Cersi ştatı) qolf klubunun üzərində məhdudlaşdırılmış hava məkanına daxil olmasından sonra səmaya qaldırılıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığının nümayəndələri məlumat yayıb.

Bildirilib ki, qırıcılar Bedminster üzərində müvəqqəti məhdudlaşdırılmış hava məkanını pozan mülki təyyarəni bölgədən təhlükəsiz şəkildə çıxaranadək müşayiət ediblər.

İnsidentin detalları ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, ABŞ prezidenti həftəsonlarını tez-tez Nyu-Cersidəki qolf klubunda keçirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
50
oxu.az

10Mənbələr