AZ

Tatarıstanda “Pilotsuz təhlükə” rejimi tətbiq edilib

Tatarıstanın hakimiyyət orqanları “Pilotsuz təhlükə” rejiminin tətbiqini elan edib və respublikada mobil internetin işində fasilələr yarana bilər...

Poliqon xəbər verir ki, bu barədə regional hökumətin Telegram kanalında məlumat verilib.

Açıqlamada qeyd olunur ki, internet sürətinin azaldılması müvəqqəti tədbirdir.

Hökumət əlavə edib ki, məhdudiyyətlər “Pilotsuz təhlükə” rejimi zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə tətbiq edilir, onun başa çatmasından sonra mobil internetin fəaliyyəti tez bir zamanda bərpa olunacaq.

İyunun 30-da Nijni Novqorod vilayətinin administrasiyası internet və rabitənin işində fasilələrlə bağlı vəziyyəti təhlükəsizlik tədbirləri ilə izah edib.

Poliqon.info 

Seçilən
25
8
poliqon.info

10Mənbələr