AZ

Dövlət Departamenti: ABŞ-nin Kiyevə silah tədarükünü dayandırması yardımdan imtina deyil

ABŞ-nin Kiyev hakimiyyətinə bəzi silahların tədarükünü dayandırmaq qərarı o demək deyil ki, Amerika hakimiyyəti Ukraynaya hərbi yardımı tamamilə dayandırır.

"Report"un xəbərinə görə, bunu Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

"Biz Ukraynaya silah tədarükünü dayandırmırıq, yalnız bir aspekt dəyişib, bir vəziyyət. Mən vurğulamaq istərdim ki, bu, Ukraynaya yardım və silah tədarükünün dayandırılması demək deyil", - o deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
4
olaylar.az

7Mənbələr