Milli.Az xəbər verir ki, bu barədə rusiyalı psixiatr-narkoloq Ruslan İsayev "Gazeta.Ru"ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, siqaret təkcə ömrü qısaltmır, həm də həyat keyfiyyətini ciddi şəkildə zəiflədir və xroniki xəstəlikləri sürətləndirir. Araşdırmalara əsasən, siqaret çəkənlər siqaretsiz insanlarla müqayisədə orta hesabla 10 il daha az yaşayır.
ABŞ-in Narkotik İstismarına Qarşı Milli İnstitutu qeyd edir ki, 60 yaşdan yuxarı siqaret çəkənlərin ölüm riski iki dəfə yüksəkdir.
İsayev vurğulayıb ki, siqareti atmaq üçün heç vaxt gec deyil:
"Nikotin asılılığı yalnız iradə ilə yox, tibbi dəstəklə müalicə olunmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31