AZ

Türkiyədə qəzaya düşən təyyarənin qalıqları tapıldı

Xəbər verdiyimiz kimi, Bayburt-Ərzurum sərhədində dünya turuna çıxan Mehmet Demirçinin idarə etdiyi "M20 j" tipli təyyarə dağa dəyərək yerə çırpılıb.

Avtosfer.az xəbər verir ki, itkin düşən təyyarənin axtarışına hərbi helikopter və ətraf vilayətlərdən AFAD qrupları qoşulub. 

Saatlar sonra təyyarənin qalıqları Rize-Bayburt sərhədində jandarma qrupu tərəfindən tapılıb. Qəza nəticəsində təyyarənin pilotu Mehmet Demirçi həyatını itirib, sərnişin - pilotun xanımı Hicran Kaya isə yaralı halda tapılıb. 

Qəzanın səbəbi açıqlanmayıb. 

 

Seçilən
12
2
avtosfer.az

3Mənbələr