AZ

Azərbaycan millisi EEVZA çempionatında beşinci yeri tutdu

Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatını beşinci pillədə başa vurub.
 
Bu barədə Moderator.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
 
Komanda Latviyanın Cesis şəhərində keçirilən yarışın 1/4 finalında Latviyaya uduzub.
 
İbrahim Məmmədov və Muhəmməd Aslanlıdan ibarət kollektiv qrupda Latviya və Estoniyaya, pley-offda Litvaya qalib gəlmişdi.
 
Azərbaycanın qızlardan ibarət U-18 yığması isə mübarizəni qrup mərhələsində dayandırıb.
Seçilən
16
36
moderator.az

10Mənbələr