AZ

“Çalışacağıq ki, Avropa çempionatına vəsiqə qazanaq”

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında ölkəmizi təmsil edən oğlanlardan ibarət komandamızın üzvləri yarışlarla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, İbrahim Məmmədov Federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Biz ilk olaraq U-20 çempionatında iştirak etdik. Bu yarışda Ermənistan millisi ilə qarşılaşdıq və böyük fərqlə qalib gəldik. Növbəti mərhələdə isə rəqibimiz təcrübəli Litva yığması idi. Oyun rəqibin qələbəsi ilə başa çatdı. Bu yarışdan iki gün sonra Latviyada U-18 çempionatında iştirak etdik. Burada qrup mərhələsini ikinci olaraq tamamladıq. Pley-offda Litva millisinə qalib gəldik. 1/4 finalda isə ev sahibi Latviya yığmasına məğlub olduq. Hər iki yarış Avropa çempionatına vəsiqə qazandırırdı. Çox istərdik ki, biz də ilk üç pillədə yer alaq və qitə birinciliyində ölkəmizi təmsil edək. Çalışacağıq ki, növbəti yarışlarda daha yaxşı çıxış edək və Avropa çempionatına vəsiqə qazanaq”.

Muhəmməd Aslanlı isə növbəti yarışlarda yüksək nəticə əldə edəcəklərinə inandıqlarını deyib:

“Hər iki yarış bizim üçün uğurlu keçdi. EEVZA çempionatlarında çox təcrübəli və güclü komandalar iştirak edir. Biz də əlimizdən gələni etdik. İki yarışda ümumilikdə beş qarşılaşmada qalib gəldik. Əlbəttə, biz də mükafatçılar sırasında olmaq istərdik. İnanıram ki, növbəti yarışlarda daha yüksək nəticələr əldə edəcəyik. Çünki bu gün bizim təcrübəli məşqçimiz və çox gözəl kollektivimiz var.”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
14
futbolpress.az

10Mənbələr