Ajans.az xəbər verir ki, yulun 3-nə keçən gecə Belqradda tələbə etirazlarının iştirakçıları polis əməkdaşlarına hücum ediblər, nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri yaralanıb. Bu barədə Sbriya Danas (SD) respublikanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. “Daxili İşlər Nazirliyinin əməkdaşları və polis əməkdaşları Kral Aleksandr bulvarı ilə Ruzveltovaya küçəsinin kəsişməsində nizamı pozan şəxsi saxlayarkən aksiya iştirakçılarının hücumuna məruz qalıblar”, - deyə idarənin məlumatında bildirilir. Serbiya Daxili İşlər Nazirliyi onu da əlavə edib ki, həbs zamanı polis əməkdaşlarından biri yaralanıb və ona lazımi tibbi yardım göstərilir. Bundan əlavə, etirazçılar polis maşınına ziyan vurublar. Aksiya iştirakçılarından biri hadisə yerində saxlanılıb, araşdırma aparılır. İyunun 28-də serb tələbələr Belqradda etiraz aksiyasına çıxıblar . Onlar şəhərin mərkəzindəki Slaviya meydanını və ətrafdakı bəzi küçələri bağlayıblar, polis isə etirazçılarla üz-üzə gəlmək üçün içəri keçib. Qarşıdurma baş verib, polisə daş və butulkalar atılıb, təhlükəsizlik qüvvələri isə gözyaşardıcı qazla cavab verib.