AZ

Finlandiyada ticarət mərkəzində bıçaqlanma olub, yaralananlar var

Stokholm, 4 iyul, Nərgiz Cəfərli, AZƏRTAC

Finlandiyanın Tampere şəhərindəki “Ratina” ticarət mərkəzinin yaxınlığında bıçaqlı hücum olub.

AZƏRTAC Finlandiya polisinin açıqlamasına istinadla xəbər verir ki, hücum nəticəsində 4 nəfər xəsarət alıb. Onların vəziyyəti barədə hələlik məlumat verilmir.

Təxminən 20 yaşlarında olan hücum edən şəxs hadisə yerində polislər tərəfindən saxlanılıb.

Bıçaqlı hücum ticarət mərkəzinə gələnlərin həyəcanına səbəb olub.

Hadisədən sonra polis ticarət mərkəzini və ona bitişik meydanı mühasirəyə alıb. Axşama yaxın kordon qaldırılıb. Polis hadisənin başvermə səbəblərini araşdırmaqda davam edir və şahid ifadələrini toplayır.

Hücum edənin motivləri və hərəkətlərinin xarakteri hələ ki, məlum deyil.

Seçilən
23
3
azertag.az

7Mənbələr