AZ

Millimiz EEVZA çempionatında beşinci olub

Çimərlik voleybolu üzrə 18 yaşadək qız və oğlanlar arasında keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatı başa çatıb.

Apasport.az xəbər verir ki, Latviyanın Cesis şəhərində təşkil olunan yarışa iyulun 2-də yekun vurulub.

Çempionatda Azərbaycan, Latviya, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna  yığma komandaları mübarizə aparıb.

Yarışda ölkəmiz iki qız və bir oğlan komandası ilə təmsil olunub.

Qızlarımız qrup mərhələsində mübarizəni dayandırıb. Oğlanlardan ibarət millimiz (İbrahim Məmmədov / Muhəmməd Aslanlı) yarışı beşinci pillədə başa vurub. Komandamız qrup mərhələsində Latviya və Estiniyaya, pley-offda Litva yığmasına qalib gəlib. 1/4 finalda isə EEVZA çempionatında ikinci olan Latviya millisinə məğlub olub.

"Gəncə"dən Fransa klubuna

Azərbaycan klubunda braziliyalı BAŞ MƏŞQÇİ

Azərbaycan təmsilçiləri 8-ci yeri tutublar

“Gəncə”dən yeni transfer

Millimiz Ermənistanı məğlub etdi - 1/4 finala yüksəldi

Seçilən
7
7
apasport.az

9Mənbələr