AZ

TƏBİB 1 milyon manata yaxın dərman alır

TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlər ilə bağlı xərclər çərçivəsində dərman vasitələri alır.

 

Pravda.az-ın xəbərinə görə, qurum bu məqsədlə 690 193 AZN xərcləyəcək.

 

Satışı “Zeytun Pharmaceuticals” MMC həyata keçirəcək.

 

Cabir

Tarix: 3 İyul 2025, 09:54   
Seçilən
22
7
pravda.az

9Mənbələr