AZ

Çin lideri: Dünya köklü dəyişikliklər dövrünə qədəm qoyub

“İran və İsrail arasındakı münaqişə bir daha göstərdi ki, dünya qeyri-sabitlik və köklü dəyişikliklər dövrünə qədəm qoyub”.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Çin sədri Si Cinpin deyib.

“Yaxın Şərqdə hazırkı vəziyyət son dərəcə gərgindir və bu, dünyanın yeni qeyri-sabitlik və köklü dəyişikliklər dövrünə qədəm qoyduğunu bir daha təsdiqləyir. Münaqişənin daha da genişlənəcəyi təqdirdə nəinki münaqişə tərəfləri daha böyük itkilərə məruz qalacaq, həm də region ölkələri də bundan ciddi zərər görəcək”, - Çin lideri bildirib.


Seçilən
12
50
news24.az

10Mənbələr