AZ

ABŞ Çin üçün qoyulan bu məhdudiyyətləri aradan qaldırır

ABŞ Çinə mikrosxem dizaynı proqram təminatının ixracına qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" Almaniyanın "Siemens" şirkətinə istinadən məlumat yayıb.

Bildirilir ki, "Siemens" ABŞ hökumətindən Vaşinqtonun Çinə çip dizayn proqramlarının ixracına qoyulan məhdudiyyətləri aradan qaldırdığı barədə bildiriş alıb.

Şirkət Çinli müştərilər üçün məhsullarına çıxışı artıq bərpa etdiyini bildirib.

Agentlik xatırladır ki, may ayında ABŞ Ticarət Departamentinin bir bölməsi çiplər üçün kompüter dəstəkli dizayn sistemlərinin bəzi istehsalçılarına məktublar göndərərək onlardan Çinli müştərilərə çatdırılmanı dayandırmağı tələb edib.

Seçilən
11
publika.az

1Mənbələr