AZ

Tramp "yumşaldı" - ABŞ Çinə qarşı bu məhdudiyyətləri aradan qaldırdı


ABŞ və Çin arasında davam edən ticarət müharibəsi yumşalmağa doğru gedir. ABŞ Prezidenti Donald Trampın administrasiyası mikrosxem dizaynı proqram təminatının Çinə ixracına qoyulan bəzi məhdudiyyətləri aradan qaldırıb. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-nin Ticarət Nazirliyi Almaniyanın “Siemens AG” texnologiya konsernini xəbərdar edib ki, Çində iş görmək üçün artıq xüsusi dövlət lisenziyaları tələb olunmur. Şirkət artıq Çin müştərilərinə proqram təminatı və texnologiyalara tam girişi qaytarıb.

Mətləb Salahov

Seçilən
7
25
baki-xeber.com

10Mənbələr