AZ

"Qiyamət radiostansiyası" yenə sirli mesaj yaydı: Bu sözü ötürdü

“Qiyamət radiostansiyası” və ya “Buzzer” kimi tanınan sirli UVB-76 radiostansiyası yeni qeyri-adi mesaj ötürüb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “UVB-76 logi” "Telegram" kanalı məlumat yayıb.

"Bu gün üçün mesaj. 02.07.25 Moskva vaxtı ilə 13:08. NZhTI 61803 UMELETS 8664 4343", - nəşr yazır.

Qeyd edək ki, radiostansiya dünyada baş verən mühüm siyasi hadisələr fonunda kifayət qədər fəallaşıb. Belə ki, iyunun 25-də Şimali Atlantika Alyansının Haaqada keçirilən sammiti fonunda “Buzzer” bir sıra qəribə mesajlar yayımlamışdı.

Həmin gün UVB-76 20 dəfədən çox əlaqə saxlayıb, hər dəfə daha çox bir növ koordinata bənzəyən sirli sözlər və rəqəmlər ötürüb.


Seçilən
277
13
news24.az

10Mənbələr