AZ

Lənkəranda kişi qonşusunu evində bıçaqladı - Yenilənib

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”unun verdiyi xəbərə görə, hadisə rayonun Şürük kəndində baş verib.

Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Elxan Şahi oğlu Kazımov bədəninin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə rayon xəstəxanasına çatdırılıb.

O, aldığı bıçaq xəsarətlərinin qonşusu tərəfindən evində vurulduğunu bildirib.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisəni törətməkdə şübhəli bilinən 50 yaşlı Baxış Qurbanov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Seçilən
0
1
qafqazinfo.az

2Mənbələr