AZ

KONKAKAF kubokunun finalçıları məlum oldu


Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyalarının (KONKAKAF) Qızıl Kubokunun final oyununda ABŞ və Meksika yığmaları qarşılaşacaq.
Yeniavaz.com
xəbər verir ki, yarımfinalda ABŞ komandası Qvatemala üzərində 2:1 hesabı ilə qalib gəlib, Meksika yığması isə Hondurası 1:0 hesabı ilə məğlub edib.
Final oyunu iyulun 7-nə keçən gecə baş tutacaq.
Qeyd edək ki, Meksika 9 dəfə kuboku qazanaraq KONKAKAF Qızıl Kubokunda ən çox qalibiyyət rekorduna sahibdir. ABŞ isə 7 dəfə kubok qazanmaqla turnirdə ikinci ən çox qələbə qazanan ölkədir.
Seçilən
0
42
yeniavaz.com

10Mənbələr