AZ

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 3 dəfədən çox artıb

Cari ilin yanvar-may aylarında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 214,8 milyon ABŞ dolları olub.

AzNews.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, iki ölkə arasındakı ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 145,8 milyon ABŞ dolları və ya 3,1 dəfə artıb. Belə ki, 2024-cü ilin ilk beş ayında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 69 milyon ABŞ dolları idi.

Bəhs olunan dövrdə Azərbaycandan bu ölkəyə 19,7 milyon ABŞ dolları dəyərində ixrac, 195,1 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib.

Özəkistana ixrac illik müqayisədə 9 milyon ABŞ dolları və ya 84,1%, bu ölkədən idxal isə 136,8 milyon ABŞ dolları, yaxud da 3,3 dəfə artıb.

2024-cü ilin yanvar-may ayları ərzində Azərbaycandan Özbəkistana 10,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib, 58,3 milyon ABŞ dolları dəyərində isə idxal olunub.

Seçilən
11
50
aznews.az

10Mənbələr