Rusiya Ordusu gecə saatlarında Odessaya zərbə dronları ilə hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Unian"a istinadən xəbər verir ki, bu barədə Odessa Vilayət Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.
Onun sözlərinə görə, zərbə dronlarından biri yaşayış binasına tuş gəlib.
İlkin məlumata əsasən, hücum nəticəsində 5 nəfər xəsarət alıb, onlardan 2-si uşaqdır. Hadisə nəticəsində 50 sakin təxliyə edilib, 6 mənzil tamamilə dağılıb, 36 mənzil isə qismən zədələnib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta