ABŞ Ermənistanı Azərbaycana dəhliz verməyə məcbur edir.
Avtosfer.az xəbər verir ki, bu barədə erməni jurnalist Boris Murazi Tamoyan açıqlayıb.
"Qərb 9 noyabr üçtərəfli bəyanatını hər cür gözdən salmalı idi. Bunun üçün ilk olaraq Ermənistanda fəaliyyət göstərən agent şəbəkəsi işə salınıb. Bu şəbəkə vasitəsilə erməni ictimaiyyəti əmin oldu ki, Rusiyanın nəzarətində olan yolun Ermənistanın suverenliyinin aradan qaldırılması deməkdir. Bu təbliğat kampaniyasına Bakıdan Zəngəzur dəhlizi adlanan yerlə bağlı açıqlamalar şərait yaradıb. Nəhayət, onlar erməni ictimaiyyətini inandırmağa başladılar... Təbliğat meydançası hazır olanda Nikol Paşinyan Praqada "Artsaxı" (Qarabağ - red.) Azərbaycanın bir hissəsi kimi tanıdı. Ermənilərin Qarabağdan çıxması Rusiya sülhməramlılarını regionu tərk etməyə məcbur etdi və Qərbi “Orta Qərb üçün vital dəhliz”in həyata keçirilməsinə bir addım da yaxınlaşdırdı", - deyə baş redaktor qeyd edib.
Onun sözlərinə görə, Qərb üçün belə mühüm dəhlizin fəaliyyət göstərməsi üçün son addım Rusiya hərbi bazasının Ermənistandan çıxarılması olmalıdır: "“Orta Dəhliz”ə gedən yolda Rusiyanın hərbi mövcudluğu ola bilməz. Rusiya sərhədçiləri artıq Ermənistan-İran sərhəd məntəqəsindən və Zvartnots hava limanından çıxarılıb. Bəzi mənbələrə görə, Ermənistan hakimiyyəti yaxın vaxtlarda Rusiya hərbi bazası məsələsini də müzakirə edə bilər.
Qərbin bu meqa layihəsinin başa çatmasına çox az vaxt qaldığını bu yaxınlarda dərc olunmuş məqalə də təsdiqləyir. Karnegi Fondunun dərc etdiyi materialda bildirilir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası İrəvan və Bakıya Azərbaycanın Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirilməsi təklifini təqdim edib.
Mənbələr qeyd edir ki, Amerikanın bu təklifi 2008-ci il müharibəsindən sonra Rusiya ilə Gürcüstan arasında razılaşdırılmış layihə əsasında Avropa İttifaqının illər öncə yaydığı versiyanı xatırladır. Həmin layihəyə əsasən, tərəflər mübahisəli Abxaziya və Cənubi Osetiya regionlarından keçən marşrutların idarə edilməsini müstəqil İsveçrə şirkətinə verməyi planlaşdırırdılar, o da sonradan logistik məlumatları bütün maraqlı tərəflərə ötürməyə borclu idi".
Məqalədə həmçinin deyilir ki, Vaşinqton bu versiyanı irəli aparmaq üçün böyük səylər göstərməli olacaq: "Ya Azərbaycanı Ermənistan Konstitusiyasını dəyişdirmək və sülh sazişi imzalamaq tələbindən əl çəkməyə, ya da İrəvana Amerika modelinə razılıq vermək və marşrutun Ermənistan hissəsinə tam nəzarət tələbindən imtina etmək üçün təzyiq göstərmək lazımdır. Müəlliflərin fikrincə, ikinci variant daha realdır.
Bu Amerika beyin mərkəzi əslində Ermənistan hakimiyyətinin susduğu planı ortaya qoyur: ABŞ Ermənistanı Azərbaycana dəhliz verməyə məcbur edir".