AZ

Rəşid Meredov: İqƏT aparıcı inteqrasiya təşkilatlarından birinə çevrilmək üçün potensiala malikdir

İqtisadi Əməkdaşlıq Təşkilatı çoxtərəfli əməkdaşlığın inkişafında mühüm platforma rolunu oynaya bilər.

APA-nın Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini-xarici işlər naziri Rəşid Meredov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.

Rəşid Meredov deyib ki, Türkmənistan iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin həyata keçirilməsi, sərmayə qoyuluşu vacibdir: “Türkmənistan İqƏT daxilində xüsusi investisiya mexanizminin yaradılmasını təklif edir. Türkmənistan qarşılıqlı ticarətin inkişafı üçün İqƏT daxilində Ticarət və Sənaye Palatalarının Şurasının yaradılmasını vacib sayır. Ticarət palatalarının rəqəmsal platformasının qurulmasını, keyfiyyət sertifikatlarının qarşılıqlı tanınması mexanizminin formalaşdırılmasını təklif edir. Türkmənistan sərhədyanı azad ticarət zonalarının yaradılmasının da tərəfdarıdır. İqtisadi inteqrasiya xalqlarımız arasında humanitar əlaqələrin genişləndirilməsi ilə müşahidə olunmalıdır”.

Türkmənistan XİN başçısı qeyd edib ki, İqƏT aparıcı inteqrasiya təşkilatlarından birinə çevrilmək üçün zəngin potensiala malikdir.

Seçilən
5
31
apa.az

10Mənbələr