AZ

İyunda çimərliklərdə boğulma ilə bağlı 6, günvurma ilə bağlı 4 müraciət olub

İyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərində yerləşən çimərliklərdən - Şıxov, Bilgəh, Buzovna və Pirşağıda baş verən sudaboğulma hadisələri ilə bağlı 6 müraciət daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə TƏBİB məlumat verib.

Daxil olan çağırışlar əsasında təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb olunub.

Hadisələr nəticəsində Bakı şəhəri üzrə 2 nəfər (1-i qadın, 1-i kişi cinsli olmaqla) sudaboğulma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. 1 nəfərə isə (kişi cinsli) yerində tibbi yardım göstərilib.

Ümumilikdə, 3 (kişi cinsli) şəxsin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

Regionlar üzrə - Saatlı, Astara və Lənkəran rayonlarından müraciətlər daxil olub. Müracitlər üzrə 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

3 nəfərin (kişi cinsli) isə sudaboğma nəticəsində həkiməqədər ölüm faktı qeydə alınıb.

Günvurma ilə bağlı isə iyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərindən 2 nəfər müraciət edib. Onlardan 1 nəfəri tibb müəssisəsinə hospitalizasiya olunub, 1 nəfərə yerində tibbi yardım göstərilib.

Regionlar üzrə günvurma ilə bağlı Quba və Qax rayonlarından daxil olun müraciətlər üzrə 1 nəfər tibb müəssisəsinə hospitalizasiya olunub, 1 nəfərə isə yerində tibbi yardım göstərilib.

Seçilən
14
22
operativmm.az

10Mənbələr