AZ

Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 161 milyon manat azalıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsi (DGK)üzrə dövlət büdcəsinə daxilolmalar 3,1 milyard manat olub.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə161 milyon manat və ya 5% azdır. Belə ki, 2024-cü ilin ilk altıayında DGK-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar 3,25 milyardmanat idi.

Qeyd edək ki, DGK-nin xətti ilə dövlət büdcəsinə daxilolmalarproqnozdan 4,1 milyon manat və ya 0,1% çox olub.

Məlumat üçün bildirək ki, cari ilin yanvar-iyun ayları üzrədövlət büdcəsinin gəlirləri 19,8 milyard manat, xərcləri isə 17,1milyard manat təşkil edib.

Seçilən
9
50
az.trend.az

10Mənbələr