Demokrat.az Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə informasiyanı Qırğızıstan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Sağınbek Abdumutalib yayıb.
Onun sözlərinə görə, sammitin mövzusu “Etibarlı və iqlim baxımından dayanıqlı gələcək üçün İƏT-nin yeni baxışı” olacaq.
“Sammit çərçivəsində tərəflər təşkilatın gündəliyində duran aktual məsələləri, o cümlədən iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə üzv dövlətlər tərəfindən görülən tədbirləri müzakirə edəcəklər”, – deyə Abdumutalib qeyd edib.
Səfər çərçivəsində Sadır Japarovun iştirakı ilə Qırğızıstan tərəfindən inşa edilən Ağdam rayonundakı “Aykol Manas” məktəbinin rəsmi açılışı da keçiriləcək.
Qeyd edək ki, Xankəndidə keçiriləcək sammitdə təşkilata üzv dövlətlərin – Əfqanıstan, Azərbaycan, İran, Pakistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları iştirak edəcəklər.
10Mənbələr
-
news24.azNövbəti ECO sammiti bu ölkədə keçiriləcək ( 18951694)
-
musavat.comXankəndidə TARİXİ ANLAR - Liderlər arasında səmimi söhbət ( 18958168)
-
musavat.comPrezident Əliyev Xankəndidə tarix yazdı: Qarabağ yeni diplomatik mərkəzdir ( 18958009)
-
mia.azÖlkə başçıları Xankəndidə çay sürfəsi arxasında - VİDEO, FOTOLAR ( 18957613)
-
yeniazerbaycan.comTarixi dostluq və mühüm strateji tərəfdaşlıq əlaqələri ( 18957475)
-
yeniazerbaycan.comTarixi dostluq və mühüm strateji tərəfdaşlıq əlaqələri ( 18957445)
-
demokrat.az“Azərbaycan Özbəkistan münasibətləri, digər Orta Asiya dövlətləri üçün də yol xəritəsi ola bilər” AÇIQLAMA ( 18957442)
-
demokrat.az“Azərbaycan–Özbəkistan münasibətləri, digər Orta Asiya dövlətləri üçün də yol xəritəsi ola bilər” — AÇIQLAMA ( 18957436)
-
sia.azŞuşada rəsmi nahar... ( 18957280)
-
azertag.azMüttəfiqlik münasibətləri Bakı ilə Daşkənd arasında qarşılıqlı etimadın artmasının nəticəsidir - ŞƏRH ( 18957007)